IQNA

İŞİD-in İraqdakı röyası sona çatdı

10:59 - June 12, 2017
Xəbər sayı: 3481748
İraq baş naziri bildirib: İŞİD-in bu ölkə ərazisinə nəzarət etmək röyası sona çatdı.

İŞİD-in İraqdakı röyası sona çatdı

Sahartv-nin məlumatına görə, Heydər əl-İbadi deyib: İŞİD-in İraqı ələ keçirmək röyası sona çatdı və bu qruplaşmaya Neynəva vilayətində yekun qələbəni elan etməyin yaxın olduğuna heç şübhə etmirəm. Mosulun qərb sahilində sadəcə kiçik bir bölgə terrorçuların əlində qalmışdır. Xarici terrorçular Mosulun bu bölgəsində durmadan savaşırlar və bu bölgəni viran etmək istəyirlər ki, qələbənin asan olmadığını əks etdirsinlər.

Əl-İbadi əlavə edib: İraq dövləti vətəndaşları dəstəkləmək, mütəşəkkil cinayətkarlar və insan oğurluğu ilə məşğul olanları cəzalandırmaqda qətiyyətlidir.

captcha