IQNA

Böyük Britaniyada hicab məktəbli formasının bir hissəsi olacaq

16:11 - June 30, 2017
Xəbər sayı: 3481810
Böyük Britaniyada ilk dəfə müsəlman qızların hicabla məktəbə gəlməsi üçün rəsmi məktəb forması hazırlanacaq.


Böyük Britaniyada hicab məktəbli formasının bir hissəsi olacaq

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, İngiltərənin şimal-qərbində Lankaşir qraflığında yerləşən ser Con Sersbi adına məktəb hicabı rəsmi məktəb forması kimi qəbul edib.

Məktəb rəhbərliyi müsəlman şagirdlərin dərslərə "narahat yaylıqlarla” gəldiyinə diqqət edib. Lakin onların fikrincə, bu cür geyim tərzi çox zaman məktəb forması ilə uyğun gəlmir. Buna görə də xüsusi hicabların hazırlanması haqda qərar qəbul edilib.

Hazırda məktəb administrasiyası şagirdlər və onların valideynləri ilə aktiv şəkildə müzakirələr aparır ki, hamının fikir və istəkləri nəzərə alınsın.

Qeyd edək ki, Böyük Britaniyada hər məktəb üçün vahid geyim forması olsa da, hicab və başqa dini atributlardan istifadəyə məhdudiyyət təbiq edilmir.

Teqlər: böyük britaniya ، hicab ، İslam ، məscid ، quran
captcha