IQNA

Myanma həqiqətləri gizlətmək üçün bu addıma əl atdı

14:15 - July 03, 2017
Xəbər sayı: 3481825
Myanma hakimiyyəti BMT Təhlükəsizlik Şurasının (TŞ) insan haqları üzrə xüsusi missiyasının üzvlərinə ölkəyə daxil olmağı qadağan edib.

Myanma həqiqətləri gizlətmək üçün bu addıma əl atdı

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Myanma hakimiyyəti BMT Təhlükəsizlik Şurasının (TŞ) insan haqları üzrə xüsusi missiyasının üzvlərinə ölkəyə daxil olmağı qadağan edib. Həmin missiya Myanmanın Rakxayn ştatında rohinca müsəlmanlarına qarşı aparılan etnik təmizləmə faktlarının araşdırılması üçün yaradılıb.

Məsələ barədə Myanma xarici işlər nazirinin müavini U Çjo Tin açıqlama verib.

"Missiya üzvlərinin ölkəyə girişinə icazə verilməməsinə dair müvafiq göstəriş bu günlərdə dərc ediləcək.”, - deyə nazir müavini bildirib.

Dövlət işçisi həmçinin xəbər verib ki, missiya üzvlərinə ölkəyə girişin qadağan edilməsinə dair sərəncam dünyadakı bütün Myanma səfirliklərinə də göndəriləcək.

Qeyd etmək lazımdır ki, bu günlərdə Myanma hakimiyyəti bildirib ki, özləri müstəqil araşdırma aparacaqlar və nəticələr də dünya ictimaiyyətinə təqdim ediləcək.

Teqlər: quran ، iqna ، myanma ، İslam ، məscid ، müsəlman ، bmt
captcha