İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Fransanın Avinyon kommunasında yerləşən məscidin yaxınlığında silahlı insident baş verib.
Bildirilir ki, tüfəng və tapanca ilə silahlanmış 2 cani hadisə yerinə avtomobillə gələrək, məscidi tərk edən insanlara atəş açıblar.
Atışma nəticəsində azı 8 nəfər xəsarət alıb. Yaralılar arasında 7 yaşlı uşaq da var. Hücum edən şəxslər cinayət yerini tərk edə biliblər.
Polis hadisəni terror aktı kimi dəyərləndirir. Ehtimal edilir ki, hücuma səbəb gənc insanların arasındakı münaqişə olub.