İQNA-nın Sahartv-yə istinadla verdiyi xəbərə əsasən (Beynəlxalq Quran Xəbər Agentliyi) Fələstinə dəstək verən fəallar bu həftə Londonda məzlum Fələstin xalqına dəstək mərasimi keçiriblər. Özünə görə, Avropada ən böyük mərasim sayılan bu mərasim sionist lobbilərin və İngiltərə rəsmilərinin təzyiqlərinə rəğmən, nəticə etibarı ilə keçirilibdir.
Press TV müxbiri bir reportajda deyib: Avropada Fələstin barədə ən böyük mərasim olan Ekspo-Fələstin dünən Londonun mərkəzində, düz İngiltərə parlamentinin kənarında başlanıb. Bununla belə, bu mərasimin təşkilatçısı olan "Ələqsanın dostları” adlı qrup şiddətli tərzdə sionist lobbilərin və hətta İngiltərə dövlətinin təzyiqləri altında qərar tapıb və az qala, bu ikigünlük mərasim ləğv olunacaqdı. Sionist rejimin sərt himayədarlarından olan İngiltərə parlamentinin mühafizəkar nümayəndəsi Sacid Cavid təhdid edərək bildirmişdi ki, Fələstinə dəstək olan bu böyük mərasimi ləğv edəcək.
Bununla belə, "Ələqsanın dostları” adlı qrup bir çox fəalın himayəsinə söykənərək, bu təzyiqlər qarşısında təslim olmadı və sonda İngiltərə dövləti icazə verdi ki, Ekspo-Fələstin keçirilsin.
Bu mərasimdə iştirak edən jurnalist Con Pilger deyib: Bu mərasimin keçirilməsi çox mühümdür, amma həqiqət budur ki, onlar bu mərasimi ləğv etməyə cürət etmədilər və bu, onu göstərir ki, Fələstinə dəstək hərəkatı böyük qüdrət əldə edibdir. Biz hazırda Londonun mərkəzində, qüdrət mərkəzlərindən biri olan parlamentin yaxınlığında bu mərasimi keçirir və Fələstin müqavimətinə təşəkkür edirik.
Bu ikigünlük mərasimdə minlərlə nəfər iştirak edib. Bu ekspoda Fələstinin mədəniyyəti, tarixi və yeməkləri sərgilənib və onun çoxlu sayda xarici iştirakçısı olubdur.