IQNA

İngiltərədə daha bir yeni məscidin açılışı olub

18:08 - July 10, 2017
Xəbər sayı: 3481854
Verilən son məlumatlara əsasən, İngiltərənin Portland şəhərinin Easton qəsəbəsində yeni məscidin açılışı olub.

İngiltərədə daha bir yeni məscidin açılışı olub

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadən xəbər verir ki,məscidin açılış mərasimi ötən gün yüzlərlə inanclının iştirakı ilə baş tutub.

Yeni istifadəyə verilmiş məscid bu şəhərdəki ən böyük məsciddir. Məsciddə eyni vaxtda 750 nəfər namaz qıla bilər. Məscid şəhərin böyük kiləsələrinin birinin yaxınlığında inşa olunub.

Xristianlar və müsəlmanlar bu iki ibadət ocağında dostluqla öz ibadətlərini yerinə yetirəcək.

Məscid və Kilsə rəhbərliyinin əldə etdiyi razılığa əsasən, yeni ildə kilsə və məscidin dəstəyi ilə ehtiyaclı ailələrə və yoxsullara yeməklər paylanılacaq.
Teqlər: iqna ، quran ، İslam ، məscid ، ingiltərə
captcha