IQNA

Bakıda vəhdət namazı qılındı

10:43 - July 16, 2017
Xəbər sayı: 3481874
Verilən son məlumatlara əsasən müxtəlif məzhəblərə mənsub müsəlmanlarla birgə vəhdət namazı qılınıb.

Bakıda vəhdət namazı qılındı

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla xəbər verir ki, dünən Bakıda Heydər məscidində 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb.

Mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna "Yasin" oxunması ilə başlayıb.

Sonra müxtəlif məzhəblərə mənsub müsəlmanlarla birgə vəhdət namazı qılınıb.

Heydər məscidinin dini rəhbəri Hacı Sabirin imamətliyi ilə qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

Teqlər: bakı ، iqna ، quran ، İslam ، vəhdət ، namaz ، məscid ، müsəlman
captcha