IQNA

İstanbulda İƏT-in fövqəladə iclası keçirilir

8:25 - August 02, 2017
Xəbər sayı: 3481927
İslami Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Qüds və Məscidül-Əqsa mövzusunda fövqəladə iclası İstanbulda öz işinə başlayıb. Bu iclasda Qüds və Məscidül-Əqsa məsələsi müzakirə olunacaq.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,İslami Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Qüds və Məscidül-Əqsa mövzusunda fövqəladə iclası İstanbulda öz işinə başlayıb.
"Maide.Az" xəbər və informasiya portalının verdiyi xəbərə görə,İƏT-in XİN başçılarının fövqəladə iclası 40-dan çox müsəlman ölkənin XİN rəsmisinin iştirakı ilə İstanbulda keçirilir.
İclasda işğal olunmuş Qüdsdə və Fələstinin işğal olunmuş ərazilərində son durum və sionist rejimin cinayətləri araşdırılacaq.
15 müsəlman ölkə iclasda xarici işlər naziri səviyyəsində iştirak edir, digər ölkələrdən isə Xarici İşlər Nazirliklərindən nümayəndələr ölkələri təmsil edir.


captcha