İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Tacikistanın paytaxtında hicablı qadınlara qarşı basqılar günü-gündən artmaqdadır.
Boynu açıq, təkcə başının bir hissəsini örtən kiçik hicab şəklində örtməyən müsəlman qadınlara 114 dollar pul cəzası tətbiq olunub.
Tacikistanda müsəlman qadınların baş, boyun və sinəsini örtən hicab şəklinə "satr" deyilir. Tacik polisi müsəlman qadınlardan "satr"ı çıxardaraq boynu açıq, təkcə başının bir hissəsini örtən kiçik hicab şəklində bağlanması məsələsində təzyiq göstərir.
"Asiya-Plus" agentliyində yayımlanan xəbərə görə, bunu qəbul etməyən müsəlman qadınlara 114 dollar məbləğində pul cəzası tətbiq olunur.