IQNA

Kəbə "ehram libası" örtdü

7:36 - August 10, 2017
Xəbər sayı: 3481957
Cari həftənin ikinci günü, Avqust ayının 8-də müqəddəs Kəbənin pərdələri hər ilki adətə uyğun olaraq üç metr yuxarı qaldırılaraq, ağ pərdə ilə örtüldü və sanki "ehram libası" geyindi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həcc mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi bu il də Kəbənin pərdələri Zil-Qədə ayının ortasında və Həcc mərasimi başlamazdan öncə üç metr yuxarı qaldırılaraq, ağ pərdə ilə örtüldü və sanki Məscidul-Həram da "ehram libası" geyindi.

Kəbənin əsas örtüyünün qaldırılmasından sonra onun yuxarı hissəsi 47 metrlik ağ pambıq parçaya bükülub. Bu (əsas pərdənin yuxarı çəkilməsi), örtüyün təmiz və sağlam saxlanılması məqsədi ilə edilir.

http://iqna.ir/fa/news/3628571

کعبه احرام بست + عکس

کعبه احرام بست + عکس

کعبه احرام بست + عکس

کعبه احرام بست + عکس

کعبه احرام بست + عکس


کعبه احرام بست + عکس


Teqlər: iqna ، kəbə ، həcc
captcha