IQNA

Londonun "Vimbledon məscidi" İslami sərgiyə evsahibliyi edəcək

12:35 - August 27, 2017
Xəbər sayı: 3482041
İngiltərədə paytaxt London şəhərinin "Vimbledon məscidi" insanları İslamla tanış etmək məqsədilə ikinci dəfə "məscidin açıq qapıları" layihəsi çərçivəsində ümumi kütlə üçün İslami sərgi keçirir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərinin "Vimbledon məscidi" insanları İslamla və müsəlmanların mədəniyyəti ilə tanış etmək məqsədilə ikinci dəfə olaraq "məscidin açıq qapıları" layihəsinin icrası çərçivəsində ümumi kütlə üçün İslami sərgi keçirir.

İnsanları İslam dini ilə yaxından tanış etmək üçün nəzərdə tutulan bu sərgi 2017-ci ilin Oktyabr ayının 7-si və 8-də keçiriləcəkdir.

Bu sərginin ziyarətçiləri ikimərtəbəli muzeylərdə olduğu kimi, İslam dinini öyrədən təlim və təhsil posterləri, dini mətnlər, müsəlmanlara aid əl sənayesi işləri və saxsı qablar və dulusçuluq nümunələri ilə tanış olacarlar.

İngiltərənin paytaxtı London şəhərinin "Vimbledon məscidi" 2015-ci ildə "məscidin açıq qapıları" lahiyəsinin müvəffəqiyyətlə keçirilməsinin ardınca bu ilki proqramda dörd elmi- mədəni konfransın da keçirilməsini nəzərdə tutub.

Bu konfranslarda Həzrət Məryəmin (ə) Quran və İslami mətinlərdəki dastanı, Həzrət Məhəmmədin (s) həyatı və İslami şəriət qanunları müzakirə ediləcəkdir.

Quran- Kərimi dinləmək istəyənlər üçün müsəlman uşaqların reabilitasiya mərkəzi olan BƏSİRƏT təlim və tərbiyə təşkilatının uşaqları Quran tilavət edəcəklər.

London şəhərinin "Vimbledon məscidi"nin idarə heyətinin üzvü Tələt Malik dedi: London və Mançestrdə baş verə dəhşətli terror olaylarından sonra qərara aldıq ki, cəmiyyətə öz müsəlman qonşuları ilə yaxından tanış olmaq fürsəti yaradaq və onları həqiqi İslam təlimləri ilə tanış edək.

Bu ilin İslami sərgisinin proqramlarından biri də təhsil ocarlarını ziyarət edərək şagird və tələbələrə həqiqi İslam təlimləri barədə məlumat vermək olacaqdır.

http://www.iqna.ir/fa/news/3634791


captcha