IQNA

2:36 - August 28, 2017
Xəbər sayı: 3482046
Alberta əyalətinin müsəlmanları xalqı "İslami İrs Günü" münasibətilə keçirilən şənliyə dəvət etdilər ki, İslam dinini yaxşı tanısınlar və İslam dini barədə yalnış təsəvvürdən xilas olsunlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Alberta əyalətinin müsəlmanları xalqı Kalqari şəhərində "İslami İrs Günü"nün on illiyi münasibətilə keçirilən bayram şənliyə dəvət etdilər ki, İslam dinini yaxşı tanısınlar və İslam dini barədə yalnış təsəvvürlərdən xilas olsunlar.

«روز میراث اسلامی» در کانادا

Bu münasibətlə dünən, həfətnin şənbə günü, 27 Avqust 2017-ci il, yüzlərlə insan Kalqari şəhərinin "Olimpik Plaza" parkında toplaşaraq, müsəlmanların mədəniyyəti və İslam tarixini öyrəndilər və müsəlman xalqların yeməkləri, fərdi iş qabiliyyətləri, əl sənayesi, incəsənət və adət-ənənələri ilə tanış oldular.

«روز میراث اسلامی» در کانادا

Bu ilin yayında Kalqari şəhərində bir neçə islamofob yürüş keçirilsə də insanları bu dəvəti maraqla qarşılamışdı. Amerikanın şimalında İslami İdarəsinin rəisi Ümranə Mühyiddin bu barədə dedi: İslami Miras Günü cəmiyyətdə yaşayan müxtəlif irqlərə və dinlərə məxsus adamların bir-biri ilə əlaqələrinin gücləndirilməsi üçün gözəl bir fürsətdir.

«روز میراث اسلامی» در کانادا

O əlavə etdi: Bu bayram şənliyində insanlar arasında gözəl dialoqlar baş tutdu, İslam barədə olan bir çox yanlış fikirlər düzəldildi, hər şey çox gözəl idi və insanlar çox rahat idilər.

Ümranə Mühyiddin insanları maraqlandıran suallara işarə edərək dedi: Ən çox soruşulan suallar İslamda qadın haqları və hicab məsələdi idi.

«روز میراث اسلامی» در کانادا

Alberta əyalətini təhsil naziri bu şənlikdə iştirak edərək dedi: Son hadisələrə rəğmən Kalqeri cəmiyyəti bir yerə toplaşdı, İslam mədəniyyəti günü bayram etdilər, cəmiyyətdə yaşayan müsəlmanlara vəfadar və dəstək olduqlarını göstərdilər.

O əlavə etdi: Bəziləri nifrət və təəssübkeşlikdən öz siyasi hədəflərinin və imperialist niyyətlərinin həyata keçməsi üçün istifadə edirlər və mühüm budur ki, biz bunun qarşısında dayanmışıq.

http://www.iqna.ir/fa/news/3635009


Ad:
E-poçt:
* Comment:
* captcha: