IQNA

Ayətullah Həqşünasın (r.ə) bəyanı ilə;
19:29 - August 28, 2017
Xəbər sayı: 3482048
"Ali-Məhəmmədin (ə) yetimlərindən birini xilas edən fəqih və onlara dini hökmləri və hədisləri öyrədən alim təkcə özünün fərdi ibadəti ilə məşğul olan min abiddən şeytan üçün daha dərdlidir".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mərhum arif, alim və əxlaq ustadı Həzrət Ayətullah Həqşünas özünün qiymətli "Zi mülk ta mələkut" kitabında bir nəfəri hidayət etməyin Allah yanında olan qiymət və dəyərini açıqlayıb.

Ayətullah Həqşünası dində alim və fəqih olmağın və dini təbliğ etməyin əhəmiyyəti barədə danışaraq rəvayət edir: Həzrət İmam Musa ibn Cəfər (ə) bir hədisdə buyurur:

فَقِيهٌ وَاحِدٌ يُنْقِذُ يَتِيماً مِنْ أَيْتَامِنَا الْمُنْقَطِعِينَ عَنَّا وَ عَنْ مُشَاهَدَتِنَا بِتَعْلِيمِ مَا هُوَ مُحْتَاجٌ إِلَيْهِ أَشَدُّ عَلَى إِبْلِيسَ مِنْ أَلْفِ‏ عَابِدٍ لِأَنَّ الْعَابِدَ هَمُّهُ ذَاتُ نَفْسِهِ فَقَطْ وَ هَذَا هَمُّهُ مَعَ ذَاتِ نَفْسِهِ ذَوَاتُ عِبَادِ اللَّهِ وَ إِمَائِهِ لِيُنْقِذَهُمْ مِنْ يَدِ إِبْلِيسَ وَ مَرَدَتِهِ فَلِذَلِكَ هُوَ أَفْضَلُ عِنْدَ اللَّهِ مِنْ أَلْفِ عَابِدٍ وَ أَلْفِ أَلْفِ عَابِدَةٍ.

"Biz Ali-Məhəmmədin (ə) bizdən əli üzülən və bizi görə bilməyən yetimlərindən (şiələrdən) birini(n dinini və əqidəsini) xilas edən (və bizim yolumuzdan azmağa qoymayan) bir fəqihin və onlara din barədə olan ehtiyaclarını (dini hökmləri və hədisləri) öyrədən bir alimin varlığına dözmək təkcə özünün fərdi ibadəti ilə məşğul olan min abiddən şeytan üçün daha dərdlidir. Çünki abid təkcə özünü xilas etmək fikrindədir, amma fəqih və alim həm özünü və həm də Allah bəndələrini şeytanın tələsindən xilas etməyi düşünür". Buna görə də alim daha əfzəl və üstündür. Alimin vəzifəsi peyğəmbərlərin vəzifəsidir. Alim çalışır ki, Allah bəndələrini şeytanın şərrindən və cəhənnəm odundan xilas etsin.

Ayətullah Həqşünas (r.ə) əlavə edir: Bu hədisə görə, bir nəfəri hidayət edən və bir nəfərə din öyrədən alim təkcə öz fərdi ibadəti ilə məşğul olan min abidə bərabərdir.

O vurğulayır: Həmçinin bu hədisdən anlaşılır ki, həqiqi yetim ata və anasını itirən deyil, həqiqi yetim o kəsdir ki, elm və ədəbdən məhrum qalıb.

Bir nəfər O Həzrətdən (ə) sual etdi ki, ey Allahın Rəsulunun oğlu, bu ayə ki, buyurur "bir nəfəri dirildən sanki dünyanı dirildibdir", mənası nədir? O Həzrət (ə) cavabında buyurdu: Yəni hər kəs bir nəfəri əyri yoldan düz yola hidayət edərsə, sanki onu dirildibdir və (bir nəfəri dirildən sanki bütün dünyanı dirildibdir).

http://www.iqna.ir/fa/news/3635518


Teqlər: İQNA ، Həqşünas ، hidayət ، alim ، abid
Ad:
E-poçt:
* Comment:
* captcha: