IQNA

11:42 - August 30, 2017
Xəbər sayı: 3482056
Səudiyyə Ərəbistanının dövlət statistikası təşkilatı öz xəbər və informasiya portalında Həccin statistika xəritəsini təsis etdi ki, bu xəritədə hacılar barədə mühüm məlumatlar yerləşdirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "əl-Viam" internet qəzetinin yaydığı məlumatda deyilir ki, Səudiyyə Ərəbistanının dövlət statistikası təşkilatı öz xəbər və informasiya portalında - www.stats.gov.sa - Həccin statistika xəritəsini təsis etdi ki, bu xəritədə hacılar barədə bütün mühüm məlumatlar ən xırda detallarla yer alıb və bu xəritə hacılar barədə əsas informasiya referansı hesab edilir.

Səudiyyə Ərəbistanının dövlət statistikası təşkilatı bu barədə dedi: Bu xəritə hacılar barədə mühüm xəbərləri əldə etməyi media qrumları, tədqiqatçılar, dövlət təşkilatları və hacılar barədə məlumat əldə etmək istəyən hər kəs üçün asanlaşdırır. Çünki saytda hacılar barədə məlumatların yenilənməsi üçün ən müasir və yeni metod və texnologiyalardan istifadə edilib.

Təysir əl-Müfric - Səudiyyə Ərəbistanının dövlət statistikası təşkilatının sözçüsü bu barədə dedi: Həccin statistika xəritəsi Səudiyyə Ərəbistanının dövlət statistikası təşkilatının davamlı çalışmaları nəticəsində hacılar barədə məlumatların şəffaflandırılması hədəfi ilə təsis edilib.

O əlavə etdi: Bu statistika xəritəsində hamı Məkkəyə rəsmi girişlərdən daxil olan hacıların kimliyini və sayını əldə edə biləcəkdir. Bu məlumatlar hər altı saatda bir dəfə yenilənəcəkdir.

http://www.iqna.ir/fa/news/3636253


Ad:
E-poçt:
* Comment:
* captcha: