IQNA

Qurban namazı Əqsa məscidində qılındı

0:02 - September 02, 2017
Xəbər sayı: 3482073
Minlərlə fələstinli Əqsa məscidinə gələrək Qurban bayramı namazını müsəlmanların ilk qibləsi olan bu müqəddəs və tarixi məkanda qıldılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fələstin əl-yəvm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bütün dünya müsəlmanları böyük sevinc və şadyanalıq ilə Qurban bayramını qeyd etdiyi zamanda minlərlə fələstinli Cümə günü, 10 Sentyabr 2017-ci il, Qüdsə və Əqsa məscidinə gələrək Qurban bayramı namazını bütün müsəlmanların ilk qibləsi olan bu müqəddəs və tarixi məkanda qıldılar.

Qüdsün onminlərlə cəmiyyəti və ətraf şəhərlərdən gələn yüzlərlə fələstinli Əqsa məscidinin ətrafı İsrail rejiminin təhlükəsizlik qüvvələri tərəfindən mühasirə olmasına rəğmən özlərini bu müqəddəs məkana yetirərək bayram namazını icra ediblər.

İşğalçı soinist rejimin təhlükəsizlik qüvvələri yüzlərlə fələstinlinin Əqsa məscidinə girməsinə mane olaraq onlara Qurban bayramı namazını bu müqəddəs məsciddə qılmağa icazə vermədilər.

Bundan əlavə Qüdsün yerli əhalisinin də bir qismi sionist rejiminin yaratdığı maneələrlə üzləşərək Əqsa məscidinə girə bilmədilər və namazlarını keçmiş qəsəbənin girişlərində qıldılar.

http://www.iqna.ir/fa/news/3636916


Teqlər: iqna ، Əqsa ، qüds
captcha