IQNA

Angela Merkel:

Almaniya İslam elmlərinin tədrisinin inkişafı üçün çalışır

0:27 - September 05, 2017
Xəbər sayı: 3482093
Xristian Demokrat İttifaqının baş katibi və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel bu ölkənin dörd universitetində İslam elmləri üzrə dərslərin tədris olunduğunu bildirdi.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-bəşayir" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Xristian Demokrat İttifaqının baş katibi və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel keçən həftənin bazar günü gecə, 3 sentyabr 2017-ci il, Sosial-Demokrat partiyasının seçkilər üçün namizədi Martin Şultez ilə canlı yayımla efirdə olan debat və münazirəsi zamanı, bu ölkənin dörd universitetində İslam elmləri üzrə dərslərin tədris olunduğunu elan edərək dedi: Almaniya bu dörd universitetdə İslami elmləri tədris etmək üçün müəllimlər və məscidlərdə təlim-tərbiyə ilə məşğul olmaq üçün "camaat imamı" hazırlayır və dövlət gələcəkdə İslami elmlərin tədrisini genişləndirmək fikrindədir.

Xristian Demokrat İttifaqının baş katibi və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel öz seçki rəqibinə üz tutaraq dedi: Siz bilirsiniz ki, İslam dini barədə şübhə yaymaqla məşğul olanlar və bu din barədə şəkk edənlər terror əməliyyatları həyata keçirir və bunu İslam dininin ayağına yazırlar?! Buna görə də İslam alimləri həqiqətləri aşkar etmək üçün addım atmalıdırlar. Bizim ölkədə dörd milyon müsəlman var ki, onlar ölkənin uğurlu inkişafı üçün çalışırlar.

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel vurğuladı: Müsəlmanlar Almaniya cəmiyyətinin bir hissəsidir və biz istəyirik ki, müsəlmanlar bu ölkənin ana yasasının qanunlarına uyğun hərəkət və əmək etsinlər.

http://www.iqna.ir/fa/news/3638079


captcha