IQNA

Azərbaycanlı zəvvarların Həccdən qayıdış vaxtı açıqlanıb

8:55 - September 07, 2017
Xəbər sayı: 3482111
Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların geri dönüş qrafikləri müəyyənləşib. Hazırda ziyarət əməllərin yerinə yetirən zəvvarlar bu gündən Mədinə şəhərinə gəlməyə başlayacaqlar
İQNA-nın verdiyi xəbərə görə, Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların geri dönüş qrafikləri müəyyənləşib. Həcc missiyasından"kiv"lərə verilən məlumata görə, azərbaycanlı zəvvarların ilk qrupları Mədinə şəhərindən Bakıya sentyabrın 12-də, növbəti qruplar isə sentyabrın 13-ü, 14-ü və 15-i dönəcək.
O da bildirilib ki, hazırda ziyarət əməllərin yerinə yetirən zəvvarlar bu gündən Mədinə şəhərinə gəlməyə başlayacaqlar.
Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan900 zəvvarHəccə gedib. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir. /inter az/
Teqlər: iqna ، inter az ، həcc ، azərbaycan
captcha