İQNA
(Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadla xəbər
verir ki, təqlid mərcəyinin müraciətini onun nümayəndəsi Əhməd əl-Safi cümə
namazının xütbəsində səsləndirib. Bildirilib ki, Ayətullah Sistani Kürdüstanın
regional hökumətini konstitusiya yoluna qayıtmağa çağırır. O, həmçinin İraqdan
ayrılmağın mənfi nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Belə ki, bu addım
İraq xalqının parçalanması və ölkənin bölünməsilə nəticələnəcək, o cümlədən
İraq dövlətinə qarşı xarici müdaxilələr üçün yol açmış olacaq.
Böyük İslam alimi kürd referendumunun İraqı parçalamaq və ölkənin şimalında müstəqil dövlət yaratmaq məqsədilə həyata keçirildiyini bəyan edib. O, İraqdakı bütün partiyaları ölkə konstitusiyasına əməl etməyə çağırıb.
Ayətullah Sistani, həmçinin İraq hökumətini də kürd vətəndaşların hüquqlarına riayət etməyə dəvət edib.