IQNA

Londonda ilk dəfə "hicablı geyim dəbi" festivalı keçirildi

7:41 - October 25, 2017
Xəbər sayı: 3482306
İngiltərənin paytaxtı Londonda ilk dəfə olaraq müsəlman qadınların bacarıqları və istedadlarının çiçəkləndirilməsi və ən yeni dini geyim dəblərinin təqdimatı hədəfi ilə festival keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda ilk dəfə olaraq müsəlman qadınların bacarıqları və istedadlarının çiçəkləndirilməsi və ən yeni dini geyim dəblərinin təqdimatı hədəfi ilə festival keçirildi.

İlk dəfə keçirilən hicablı geyim modaları festivalında onlarla İslami geyim və baş örtükləri sərgiləndi.

Bu festival Dr. Fehrin Mir və Sultanə Təfadar (insan hüquqları vəkili) tərəfindən Londonun "GrosvenorHouse" hotelində keçirildi.

Bu iki müsəlman aktivist xanım festivalın keçirilmə səbəbləri barədə dedilər: Etiqadi və milli mədəniyyət səbəbləri baxımından kamil bir geyim dalınca olan xanımların istəkləri geyim dizaynerləri tərəfindən münasib şəkildə təmin edilmir. Buna görə də istəyirik ki, hicablı geyim dəbini dünya geyim modası sənətinin ayrılmaz bir hissəsi edək.

Xanım Dr. Fehrin Mir dedi: Hər bir din və mədəniyyətdə kamil və hicablı geyim sevən xanımlar var, bu, təkcə bir din və mədəniyyətə aid deyil. Buna görə də hicablı geyim modalarının rəngarəngliyini çoxaltmaq və bu modaları güncəlləşdirməklə hicablı geyinmək insanlara dəstək verilməlidir.

Sultanə Təfadar (insan hüquqları vəkili) əlavə etdi: Bu gün qərb aləmində müsəlman qadınların çox ali təhsilə malikdir və yüksək vəzifələrdə işlə təmin olunurlar, amma təəssüflər olsun ki, işlərinə uyğun və münasib hicablı geyim tapmaqda çətinlik çəkirlər.

Onlar vurğuladılar: Bu festivalın keçirilməsinin əsas səbəblərindən biri də qədim hicab tabusunu sındırmaq, yeni hicablı geyim modelləri təqdim etmək və bu sahədə çalışan digər fəallara da hicablı geyim dəblərini güncəlləşdirmək üçün ilham verməkdir. Bundan əlavə bu festival İslami yaşam tərzinin və hicablı geyimdən istifadə etməyin genişlənməsində təsirli olacaqdır.

http://www.iqna.ir/fa/news/3656294

Teqlər: iqna ، hicab ، festival ، london
captcha