İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya polisi Frankfurt şəhərində tikilməkdə olan məscidə kəsilmiş donuz başı atılması barədə xəbər verib.
"Africaniny" xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, hadisə cari həftənin ikinci günü baş verib.
Frankfurt polis idarəsinin sözçüsü bu barədə xəbər verərək bildirib ki, bu hadisə yeni məscidin tikilməsinə müxalif olanlar tətəfindən törədilib.
Məscidi Almaniyada yaşayan türkiyəlilər şurası tikir və bu şura indiyədək Almaniyada 900 məscid tikib istifadəyə vermişdir.
SETA-nın (Almaniyanın ictimai, iqtisadi və siyasi tədqiqatlar fondu) yeni yaydığı hesabatda deyilir ki, bu ölkədə 2015-ci ildən bu günədək müsəlmanlar əleyhinə islamofob hücumlar dörd dəfə çoxalıb.
Bu hesabatda deyilir ki, Almaniyanın İslami məscid, müəssisə və mərkəzlərinə qarşı irqçi və islamofob hücumlar hər gün çoxalmaqdadır.
http://iqna.ir/fa/news/3656999