İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Samirə şəhərinin qərb regionunun əməliyyat komandanlığının verdiyi məlumata görə, dünən, həftənin Cümə günü, 27 Oktyabr 2017-ci il, intiharçı bombaçının hücumu xonsa edilib və terrorist ünsür həlakatə yetirilib.
Bu terrorist ünsür Samirə şəhərinin qərbində yerləşən Mikşifiyyə rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.
Samirə təhlükəsizlik qüvvələrinin komandiri general İmad Zühəyri bəyaniyyə yayaraq elan edib: Samirə təhlükəsizlik qüvvələrinin əməliyyat bölüyü şəhərinin şimal-qərb regionunda yerləşən Mikşifiyyə rayonunun Səmum məhəlləsində intiharçı bombaçının göründüyü barədə məlumatı alan kimi məlum məhəlləni mühasirəyə alıb və terroristi zərərsizləşdirərək həlak ediblər.
İmad Zühəyri əlavə edib: İntiharçı terrorçu həlak edildikdən sonra onun üzərində əl qumbaraları və partlayış kəməri götürülüb.
http://iqna.ir/fa/news/3657186