İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ayətullah Üzma Cavadi Amuli - şiələrin təqlid mərcəsi, fəqih, həkim, filosof, Quran təfsirçisi və Təsnim təfsirinin müəllifi, dünən, 30 Oktyabr 2017-ci il, Qum şəhərinin Ə`zəm məscidində tədris etdiyi təfsir dərsində Əhli-Sünnə təfsirçisi Alusinin Əhli-Beytin (ə) məqamını gözəl bəyan etməsinə işarə edərək dedi: Əhli-Beyt (ə) şiə və sünni vəhdətinin əsas mehvəri ola bilər. Çünki Əhli-Sünnənin də təfsir alimləri vardır ki, Əhli-Beytin (ə) məqam və şənini Quran ayələrinə istinadla çox gözəl şəkildə bəyan edirlər.
Ayətullah Üzma Cavadi Amuli - şiələrin təqlid mərcəsi, fəqih, həkim, filosof, Quran təfsirçisi və Təsnim təfsirinin müəllifi, dedi: Quran- Kərim dəfələrlə vurğulayır ki, biz oyuçu və dünya da oyuncaq deyil. Dinimiz bizə öyrədir ki, bu dünyadakı mövcud elmi çoxluqdan onları öyrənək ki, dünya və axirətimizin dərdinə dəyən və hər iki dünya üçün faydalı olsun.
Quran təfsirçisi əlavə etdi: Ölümdən sonra fayda verəcək və daha da çiçəklənəcək elm Allahın adları və peyğəmbər və imamların həkimanə sözləridir. İnsan peyğəmbərşünas, imamşünas, vilayətşünas və axirətşünas olsa, o dünyada alim və alimlər ilə məşhur olacaq. Onda alimə deyəcəklər ki, cənnətə getməyə tələsmə, dayan, bir neçə nəfəri də şəfaət et. Əlbəttə axirətdə o kəslər alim kimi məşhur olacaq ki, elmi ilə əməl də aparmış olsun.
Ayətullah Cavadi Amuli bəyan etdi: İnsanın ruhu pak olarsa, həmişə darıxaraq gecənin olmasını və gecə namazı üçün durmasını gözləyərsə, onun saleh əməlləri İlahi ərşə ucalacaqdır.
Təsnim təfsirinin müəllifi dərsin davamında "mərəcəl-bəhreyn" ayəsinə işarə edərək dedi: Bəzi rəvayətlər deyir ki, bu iki dərya Əli və Zəhradır (ə). Alusi deyir ki, əgər bu məsələ Quranın həm təvilidir, həm də təfsiri. Çünki Həzrət Zəhra və Əli mənim yanımda dəryadan daha elmli və daha əfzəldirlər. Həsən və Hüseyn isə ləl və mərcandan daha gözəldirlər.
Ayətullah Cavadi Amuli vurğuladı: Əhli-Sünnə arasında bu cür təfsir alimlərinin mövcudluğu göstərir ki, Əhli-Beyt (ə) sünni və şiə vəhdəti üçün əsas mehvər olar bilər.
http://iqna.ir/fa/news/3658433