IQNA

Birmenqamın qədim Quran nüsxəsi BƏƏ-də sərgiyə qoyulacaq

1:41 - November 01, 2017
Xəbər sayı: 3482331
İki il öncə İngiltərənin Birmenqam universitetində kəşf edilən nadir və qədim Quran nüsxəsi BƏƏ-nin bir neçə şəhərində sərgiyə qoyulacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, iki il öncə İngiltərənin Birmenqam universitetində kəşf edilən nadir və qədim Quran nüsxəsinin elektron versiyası BƏƏ-nin bir neçə şəhərində sərgiyə qoyulacaq.

Birmenqam Quran nüsxəsinin orjinalının üzündən hazırlanmış elektron nüsxəsi BƏƏ-nin Əbu-Zəbi, Şarcə və Dubay şəhərlərində ümumi kütlə üçün sərgiyə qoyulacaq. Və sərginin kənarında bu barədə elmi konfranslar da təşkil ediləcəkdir.

Bu sərgi İngiltərə və BƏƏ arasında imzalanmış mədəni həmkarlıqların genişləndirilməsi proqramlarının həyata keçirilməsi istiqamətində təşkil ediləcəkdir.

Bimenqam Quranı aldanan bu qədim nüsxə 2015-ci ilin yayında İngiltərənin Birmenqam universitetində Orta Şərqə aid olan qədim sənədlərin arasında kəşf edildi və alimlərin iddiasına görə, dünyadakı Quran nüsxələrinin ən qədimi hesab edilir. Bu nüsxənin yaşı 1370 il təxmin edilir. Yəni miladi tarixlə 645-ci ildə yazıldığı ehtimal olunur.

http://iqna.ir/fa/news/3658523


captcha