İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami maarifləndirmə günü mərasimi Kanadanın Saskaçuan əyalətinin Soskton şəhərinin polis idman şəhərciyində müsəlmanların və digər dinlərin davamçılarının iştirakı ilə keçirildi.
Bu mərasim cari həftənin çərşənbə (3-cü) günü, günün ikinci yarısında yerli vaxtla saat 13:00-dan 20:00-dək keçirilib.
İslam mədəniyyətini və müsəlmanların həyat tərzini qeyri-müsəlmanlara tanıtmaq hədəfi ilə keçirilən bu mərasimdə sual-cavab saatı, İslami yeməklər ilə qonaqları qarşılamaq və hicab təcrübəsi kimi proqramlar icra edilib.
Kanadanın Saskaçuan əyalətinin Soskton şəhərinin İslami Birliyik Təşkilatının üzvü Hənan əl-Bərdu bu barədə deyib: Ümidvarıq ki, bu mərasimdə qeyri-müsəlmanlar həqiqi müsəlmanlar ilə üz-üzə əyləşib tanış olduqdan sonra müsəlmanların terrorizm ilə heç bir əlaqəsinin olmadığına inanacaqlar.
Saskaçuan əyalətinin universitet müəllimi Piter Heli bu mərasimdə çıxış edərək deyib: Belə bir mərasim şübhəsiz ki, mövcud problemlərin yaşandığı bir zamanda zəruri idi. Çünki tanımamaq və məlumatsızlıq insanda qorxu yaradır.
O əlavə edib: Əxlaqi dəyərlər insanlar arasında müştərəkdir. Və təkcə insanların yaşam tərzləri fərqlidir.
http://iqna.ir/fa/news/3659429