IQNA

Xəbər yenilənir;

İranın Kermanşah əyalətində baş verən zəlzələdə 413 nəfər ölən və 7156 nəfər yaralanan var

8:58 - November 13, 2017
Xəbər sayı: 3482381
İran İslam Respublikasının İraqla sərhəd rayonlarında baş verən zəlzələ nəticəsində 413 nəfər ölüb və 7156 nəfər insan ciddi xəsarət alıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, dünən gecə, 12 Noyabr 2017-ci il, İran İslam Respublikasının qonşu İraq respublikası ilə sərhəd şəhər və rayonlarında baş verən zəlzələ nəticəsində 413 nəfər ölüb və 7156 nəfərə yaxın yaralı var.

Bu barədə İran İslam Respublikasının Fövqəladə Hallar Nazirliyinin böhranların idarə edilməsi mərkəzinin sözçüsü Səidi xəbər verib.

Zəlzələ İran İslam Respublikasının qərb rayonlarında, o cümlədən Qəsri-Şirin, Sərpol Zəhab və Kermanşahda ağır tələfatlarla nəticlənib.

Bu gün səhər əldə olunan məlumata görə, zəlzələ zamanı İran İslam Respublikasının Kermanşah əyalətinin Əzgilə rayonunda 4 nəfər, Gəhvarədə 3 nəfər, Kərənddə 13 nəfər, Sərpol Zəhabda 97 nəfər, Sulasda 9 nəfər, İslamabadda 13 nəfər və Qəsri-Şirində 2 nəfər həyatını itirib.

Kermanşah əyalətində 3 gün ümumi matəm elan olunub, buna görə də məktəb və universitetlər tətil edilib.

Bu xəbərə görə, İraqın İrbil şəhərində 50, Süleymaniyyədə və Xaniqəyndə 150 nəfər zəlzələ zamanı yaralanıb və ümumilikdə 6 nəfər ölüb.

http://iqna.ir/fa/news/3662614


Teqlər: İq ، iqna ، iran ، zəlzələ ، ayət namazı
captcha