IQNA

Yeni araşdırmaların nəticlərinə görə;

Asiyanın cənub-şərqində müsəlman xanımların dini inancları güclənir

0:47 - November 29, 2017
Xəbər sayı: 3482443
Son illərin araşdırmaları göstərir ki, Asiyanın cənub-şərqində yaşayan cavan müsəlman qadınlar müasir dövrdə yaşamaları və ictimai fəaliyyətlərinə rəğmən köhnə nəsillərə nisbətən daha inanclıdırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son illərin dini araşdırmaları göstərir ki, Asiyanın cənub-şərqində yaşayan cavan müsəlman xanımlar müasir və çağdaş dövrdə yaşamaları və daha çox ictimai fəaliyyətlərinə rəğmən köhnə nəsillərə nisbətən daha dindar və daha inanclıdırlar.

Amerikanın "Walter Thompson" müəssisəsinin yeni soğrularının nəticələri göstərir ki, Asiyanın cənub-şərqində yaşayan cavan müsəlman xanımlar zahiri baxımdan müasir dünyaya uyğun dəyişsələr də, onların dini inancı daha möhkəmləşir və bu məsələ mod, gözəllik, qida və texnologiya sahəsinə gözəçarpacaq dərəcədə təsir qoymuşdur.

Bu araşdırmada Malaziya və İndoneziya cəmiyyətlərində yaşayan 18-39 yaş arasında 1000 nəfər qadından müsahibə alınıb. Bu qadınların 94% vurğulayıblar ki, İslam dini onların həyatlarında ən mühüm bir məsələdir.

Bu xanımlar həmçinin qeyd ediblər ki, kemişə baxanda indi xanımlar üçün daha çox yeni fəaliyyət fürsətləri yaranmışdır. Amma yenə də xanımlara daha çox azadlıq lazımdır ki, cəmiyyətdə öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bilsinlər.

Asiyanın cənub-şərq regionunda 240 milyon müsəlman yaşayır. İndoneziya ən çox müsəlman yaşayan ölkədir. Malaziyada yaşayan 30 milyon cəmiyyətin də 60%-i müsəlmandır.

http://iqna.ir/fa/news/3667742


Teqlər: iqna ، asiya ، müsəlman qadın
captcha