IQNA

Qətərdə keçirilən kitab sərgisində nümayiş olunur
20:29 - December 01, 2017
Xəbər sayı: 3482448
Qətər dünya incəsənət və mədəni irs müəssisəsinin rəhbəri Müslim Saqa Amini deyib ki, nümayiş olunan Quran nüsxəsinin qiyməti 3 milyon Qətər rialıdır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın ən bahalı Quran nüsxəsi Qətərdə keçirilən beynəlxalq kitab sərgisində nümayiş olunur.
Qətər dünya incəsənət və mədəni irs müəssisəsinin rəhbəri Müslim Saqa Amini deyib ki, nümayiş olunan Quran nüsxəsinin qiyməti 3 milyon Qətər rialıdır.
O deyib ki, bizim müəssisəmizdə çox nadir və qədim əlyazma Quran nüsxələri mövcuddur. "Onlardan biri də nümayiş olunan bu qədimi Qurandır. Nümayiş olunan bu Quranın 400 ildən çox tarixi var və tək nüsxədir. Quran I Səlimə (Yavuz Sultan Səlimə) hədiyyə olunmuş Quran nüsxəsidir”.
M.Saqa Amini həmçinin qeyd edib ki, hazırda rəhbəri olduğu müəssisədə dünyanın ən nadir kitablarından olan İncil kitabına da sahibdir. "Bu İncilin 700 ildən çox tarixi var və dəri üzərində yazılıb. Onun üzərində müxtəlif şəkillərdə mövcuddur.”
Qeyd edək ki, Qətər beynəlxalq kitab sərgisi noyabr ayının 29-da başlayıb və dekabr ayının 5-dək davam edəcək. Sərgidə dünyanın 29 ölkəsindən 355 nəşriyyat müəssisəsi iştirak edir. /maide.az/


Ad:
E-poçt:
* Comment:
* captcha: