IQNA

19:45 - December 03, 2017
Xəbər sayı: 3482465
Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Səudiyyə Ərəbistanının ölkənin eks-prezidenti Əli Abdullah Salehin dəstəyi ilə bu ölkədə çevriliş etməyə çalışdığını bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının mətbuat katibi Səudiyyə Ərəbistanının ölkənin eks-prezidenti Əli Abdullah Salehin dəstəyi ilə bu ölkədə çevriliş etməyə çalışdığını bildirib.   
"Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam Sənadakı hadisələrə münasibət bildirərək, "Təhlükəsizlik qüvvələri tayfaların köməyi ilə Əli Abdullah Salehin rəhbərlik etdiyi Yəmən Milli Konqresinə mənsub qüvvələrin paytaxtda ələ keçirdikləri nöqtələri geri alıb" , - deyə açıqlama verib. 
Hazırda paytaxt Sənada təhlükəsizliyin hakim olduğunu və dövlət orqanlarının rəsmi qurumlarının nəzarət altında olduğunu açıqlayan Əbdüssəlam, "Yəmən xalqı Saleh havadarlarının etiraz aksiyası keçirilməsi istiqamətindəki tələblərinə müsbət cavab verməyib" , - deyə söyləyib.   
Məhəmməd Əbdüssəlam Əli Abdullah Salehi Səudiyyə ilə müttəfiq olub, çevrilişə cəhd etməkdə günahlandıraraq, "Əli Abdullah Salehin Səudiyyə Ərəbistanına bağlı olduğunu göstərən məlumatlara sahibik. Səudiyyə Ərəbistanı Salehlə birlikdə çevriliş planı həyata keçirməyə çalışdı. Sənadakı hadisələr bu məqsədlə həyata keçirilmişdi" , - deyə bildirərək eks-prezidenti xalqa xəyanətdə ittiham etib və Səudiyyənin Salehin dəstəkçisi olan silahlılar üçün hərbi təlim düşərgələri təşkil etdiyini qeyd edib.   
Digər tərəfdən "Ənsarullah" hərəkatının lideri Əldüməlik əl-Husi dünən canlı yayımla etdiyi çıxışlarında Əli Abdullah Salehin xalq müqavimətinə xəyanət etdiyini dilə gətirərək, onun rəhbərlik etdiyi Xalq Konqresi Partiyasının üzvlərini təmkinli olmağa və fitnə-fəsadlara uymamağa səsləyib.    
Ölkədəki digər partiyalar da Əli Abdullah Salehi 2015-ci ildən bəri ittifaqda olduğu müqavimətə xəyanətdə ittiham edib. 
eastnews.org

Teqlər: İQNA ، Yəmən ، Səna ، Husilər
Ad:
E-poçt:
* Comment:
* captcha: