IQNA

8:12 - December 11, 2017
Xəbər sayı: 3482494
Əl-Əzhər İslam Mərkəzinin şeyxi bəyaniyyə yayaraq Donald Trampın yanlış qərarının pis sonluğu barədə xəbərdarlıq etdi və müsəlman ölkələrindən beynəlxalq Qüds toplantısının keçirilməsini istədi.

Əl-Əzhər: Beynəlxalq QÜDS iclası təşkil edilsinİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin Əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib bəyaniyyə yayaraq Donald Trampın Qüdsün sisonist rejimi olan İsrailin paytaxı kimi tanınması barədə verdiyi yanlış qərarının pis sonluğu və nəticəsi barədə xəbərdarlıq edərək, müsəlman ölkələrindən beynəlxalq Qüds toplantısının keçirilməsini istədi.

Fələstin informasiya mərkəzinin yaydığı xəbərdə deyilir ki, Misirin Əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib bu barədə dedi: Amerikanın Qüds şəhəri barədə çıxardığı bu qərar fələstinlilərin və ərəblərin daimi haqlarına hörmətsizlik deməkdir. Qüds müsəlmanların ilk qibləsidir və bu qərar həm bütün müsəlmanların və həm də məsihilərin (xristianlar) ülvü hislərinə kobudcasına toxunmaqdır.

O vurğuladı: Qüds və bu məkanın Ərəb və fələstinli mahiyyəti bütün müsəlmanların və eləcə də dünyanın ağıllı və insaflı insanlarının diqqət mərkəzində olmalı və bu məsələdə səssiz qalmamalıdırlar ki, Fələstin millətinin, milyonlarla Ərəb və müsəlmanların beynəlxalq təşkilatlara olan etimadı və etibarı qırılmasın.

Misirin Əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib bəyaniyyənin davamında Əl-Əzhərin böyük alimləri və müsəlman hakimləri şurasından Trampın qərarının nəticələrini müzakirə etmək üçün təcili toplantı keçirilməsini istəyib.

http://iqna.ir/fa/news/3671179

Teqlər: İQNA ، əl-Əzhər ، Qüds
Ad:
E-poçt:
* Comment:
* captcha: