IQNA

7:15 - December 19, 2017
Xəbər sayı: 3482526
Myanmanın Arakan əyalətində ordu və fanatik buddistlərin oktyabrdan bu yana müsəlmanlara aid 40 kəndi yandırdığı təsdiq olunub.

Arakanda müsəlmanlara aid 40 kənd yandırılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmanın Arakan əyalətində ordu və fanatik buddistlərin oktyabrdan bu yana müsəlmanlara aid 40 kəndi yandırdığı təsdiq olunub.
İnsan Haqları Müşahidə Təşkilatının (Human Rights Watch - HRW) yayımladığı peyk görüntülərinə görə, oktyabrdan bu yana Arakanda müsəlmanlara aid 40 kəndin yandırılması ilə bölgədə 25 avqustdan bəri talan edildiyi müəyyən edilən kənd sayı 354-ə çatıb.
HRW-nin Asiya Direktoru Bred Adams Myanma və Banqladeş hökumətlərinin arakanlı müsəlmanların evlərinə qayıtması üçün müqavilə imzaladığı 23 noyabrdan bu yana arakanlı müsəlmanlara aid onlarla binanın yandırıldığına diqqəti çəkərək "Bu vəziyyət arakanlı müsəlmanların təhlükəsiz bir şəkildə geri qayıdacağına dair öhdəliklərin yalnız yalan olduğunu ortaya qoyur",- deyib.
Sözügedən peyk görüntülərinin Myanma hökumətinin arakanlı müsəlmanlara aid kəndlərin artıq yandırılmadığına dair açıqlamalarını etdiyini bildirən Adams belə danışıb: "Myanma hökumətinin arakanlı müsəlmanların təhlükəsiz bir şəkildə torpaqlarına qayıdacağına dair verdiyi vədlər ciddiyə alınmamalıdır.”
Xatırladaq ki, 2017- cilin  avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb.  Avqustun 25-dən etibarən Myanma ordusunun zülmünə görə  620 mindən çox  Rohinca müsəlmanı Banqladeşə qaçıb. 
Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir. /maide.az/

Teqlər: İQNA ، Arakan ، Raxin ، Ruhingiya ، Myanmar
Ad:
E-poçt:
* Comment:
* captcha: