IQNA

7:17 - December 20, 2017
Xəbər sayı: 3482531
Myanmanın Raxin əyalətində yaşayan müsəlman azlıqların danışıq dili və xətti uzun illərdir ki, öz ölkələrində rəsmi şəkildə tanınmır və onlar ən kiçik insani hüquqlara malik olmaqdan məhrumdurlər.

Ruhingiyalı müsəlmanların danışıq dili və xətti rəsmiləşirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Frans24” xəbərlər peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Myanmanın Raxin əyalətində yaşayan müsəlman azlıqların danışıq dili və xətti uzun illərdir ki, öz ölkələrində rəsmi şəkildə tanınmır və onlar ən kiçik insani hüquqlara malik olmaqdan məhrumdurlər.  

Ruhingiyalı müsəlmanlar yaxın gələcəkdə simvolik bir addım olaraq öz ana dilləri və xətlərini elektron qeydiyyatdan keçirəcəklər.

“Frans24” xəbərlər peyk tv kanalının xəbər və informasiya portalının yaydığı xəbərə görə, qonşu ölkələrdə qaçqın kimi yaşayan evsiz-eşiksiz ruhingiyalı müsəlmanların ana dili və xətləri elektron şəkildə rəsmi qeydiyyatdan keçəcəkdir. Bundan sonra dünyanın ən məzlum müsəlman azlığı sosial şəbəkələr, saytlar və KİV-lərdə (kütləvi informasiya vasitələri) öz ana dillərində ictimai fəaliyyət göstərəcə biləcəklər.

Bu məsələ milli kimliyi təhlükə altında olan bu müsəlman azlıq üçün indilik görülə biləcək ən böyük iş və atılmış ən münasib addım oldu. Çünki Myanma dövləti və buddistlər tərəfindən qətliam və soyqrıma məruz qalmış ruhingiyalı müsəlmanların dil və xətlərinin elektron şəkildə rəsmiləşməsi səbəb olacaq ki, onlar heç olmazsa, öz hüquqlarını sosial şəbəkələrdə qoruya bilsinlər və başlarına gələn müsibətlərə dünyaya çatdırsınlar.

Siyasi müşahidəcilər və sosialoqların fikrincə ruhingiyalı müsəlmanların dil və xətlərinin elektron şəkildə rəsmiləşməsi bu  məzlum xalqın milli kimliyinin nicatı və bu xalqın rəsmi tanınması üçün atılmış simvolik addımdır.

http://iqna.ir/fa/news/3674205

Teqlər: İQNA ، Myanma ، Raxin ، Ruhingiya
Ad:
E-poçt:
* Comment:
* captcha: