IQNA

BMT-nin baş assambleyasının qətnaməsinə rekasiya olaraq elan edildi:
8:19 - December 23, 2017
Xəbər sayı: 3482545
Sionist rejiminin HAARETZ qəzeti bir məqalə yazdı ki, BMT-nin baş assambleyasının Qüdsün lehinə və Amerika prezidentinin qərarının əleyhinə olan qətnamsəi Trampa vurulan möhkəm bir şillə idi.

HAARETZ: BMT Donald Trampa möhkəm şillə vurduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğaçlı və terrorist sionist rejiminin rəsmi qəzeti olan HAARETZ siyasi-təhlili bir məqalə yazdı ki, BMT-nin baş assambleyasının Qüdsün lehinə və Amerika prezidentinin qərarının əleyhinə olan qətnamsəi Trampa vurulan möhkəm bir şillə idi.
İşğaçlı və terrorist sionist rejiminin rəsmi qəzeti olan “haaretz” BMT-nin Fələstinlə bağlı qətnaməsindən sonra “BMT-nin qətnaməsi: İsrailə qulaqburması və Trampın sifətinə çırpılan bir şillə oldu” adı məqalədə yazdı: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) TŞ-nın (Təhlükəsizlik Şurası) qətnaməsi Amerikanın prezidenti Donald Trampın siyasət və şəxsiyyətini hədəfə almışdır.
Məqalə yazır: Amerika prezidentinin müxtəlif növ təhdidlərinə baxmayaraq BMT-nin Qüdsün lehinə və Trampın siyasətləri əleyhinə olan qətnaməsi təsdiqləndi və bu təkcə Trampın siyasətlərini deyil, həm də Amerika prezidentinin şəxsiyyətini də sual altında qoydu.
HAARETZ əlavə edir: Beynəlxalq təşkilatlar, İslam ölkələri və Avropa dövlətləri var gücləri ilə Trampın qərarının qarşısında dayandılar və ABŞ prezidentinin siyasi mövqeyinin və qərarlarının qeyri-qanuni olmasını vurğuladılar.
Qeyd edək ki, BMT-nin baş assambleyası öz təcili iclasında Amerika prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi barədə qərarını məhkum etdi və onun bu addımının əleyhinə 128 müvafiq rəy ilə qətnamə qəbul olundu.
http://iqna.ir/fa/news/3675064

Teqlər: İQNA ، Tramp ، BMT ، Qüds
Ad:
E-poçt:
* Comment:
* captcha: