IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Suriya müftisi Əhməd Bədrəddin Həsun Əlməyadin telekanalı ilə müsahibədə deyib: Mənim çıxışımda nəzərdə tutulan din alimləri İran-İraq savaşında hərəmeyn şərifeyndə tribunalar və mənbərlərdə xalqı İslami İrana qarşı təhrik edən, amma sionist rejim və sionizm qarşısında susan kəslərdir. Bu gün həmin din alimləri xalqı Suriyaya qarşı təhrik edərək, sionizmi unudublar. Əgər Suriyadakı qələbənin sirrini bilmək istəyərlərsə, başa düşməlidirlə ki, Suriya etniki və məzhəbi baxışa malik deyildi. Suriya Allah yolunda qələbəyə inanan bir orduya malik idi. Suriya xalqını himayə etməkdə əlindən gələni əsirgəməyən bir prezidentə malikdir. Bu məsələ Yəmən və İraqda da baş verəcəkdir ki, ondan sonra növbə, Fələstinə çatmış olsun. Regionda Trampdan 450 milyard dollarlıq silah satın alan kəslər hansı kəslə döyüşmək istəyirlər? Görən, öz abrı və dinini müdafiə etmiş İslami İranla döyüşmək istəyirlər? Yoxsa, İraq, Yəmən və ya Suriya ilə vuruşmaq istəyirlər? Ərəb dünyasında insanlar oyansınlar və öz hökmranlarına xatırlatsınlar ki, bütün ərəb dünyası onların vətənidir. Bütün ərəb ölkələrindən istəyirik ki, Suriyadakı səfirliklərini yenidən açsınlar və Fələstində iştirak fikrində olsunlar.