IQNA

22:18 - December 25, 2017
Xəbər sayı: 3482554
Xristian dininin əksər qolları, eləcə də əksər islam alimləri İsa peyğəmbərin (ə) miladdan əvvəl 6-4-cü illərdə dekabrın 25-də Fələstinin Beyt-Ləhm şəhərində dünyaya gəldiyini deyirlər.

Bu gün İsa (ə) peyğəmbərin doğum günüdürİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, xristian aləmində qəbul edilmiş iki təqvim - Qriqorian və Yulian təqvimlərinə əsasən, İsa peyğəmbərin (ə) doğum günü iki fərqli gündə keçirilir. Lakin əksəriyyət doğum gününün bu günə təsadüf etdiyi qənaətindədir.
İsa peyğəmbərin (ə) həyatı bütün insanları, eləcə də müsəlmanları heyrətləndirir. Onun doğum anlarında baş verən qeyri-adi hadisələr və möcüzələr daha çox Qurani-Kərimdə təsvir olunub. Müqəddəs kitabda İsanın (ə) beşikdə ikən dil açıb insanlarla danışması qeyd edilir.
Qeyd edək ki, bu, xristianların müqəddəs kitabı olan İncildə kifayət qədər geniş göstərilməyib. Quranın "Məryəm" surəsində İsa peyğəmbərin (ə) dünyaya gəlişindən geniş danışılır. Kitabda Onun öz elçiliyini sübuta yetirmək üçün göstərdiyi möcüzələr, verdiyi şəfalar və duaları əks olunur. İsa peyğəmbər (ə) haqqında Qurani-Kərimdə olduğu qədər heç bir mənbədə məlumat yoxdur.
Bütün bunlara baxmayaraq, müsəlmanlar İsanı (ə) Allahın peyğəmbəri kimi tanıyır, onun Allahın oğlu olmasını əsla qəbul etmirlər.
İsa peyğəmbərin (ə) doğum günündə çoxsaylı xristian və müsəlman zəvvar Onun doğulduğu Beyt-Ləhmə gedir. /islamazeri/

Teqlər: İQNA ، İsa ، Məsih ، Yeni il
Ad:
E-poçt:
* Comment:
* captcha: