IQNA

Səudiyyə "Yeni İl"də yəmənliləri qətliam etdi

12:45 - January 02, 2018
Xəbər sayı: 3482587
Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənin Hudeyda vilayətində yerləşən bazar ərazisinə aviazərbələr endirib. Endirilən aviazərbələr nəticəsində 34 nəfər həyatını itirib.

Səudiyyə Yeni İldə Yəməndə qətliam törətdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün (01.01.2018) Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənin Hudeyda vilayətində yerləşən bazar ərazisinə aviazərbələr endirib.  

Endirilən aviazərbələr nəticəsində 2 azyaşlı uşaq olmaqla, 34 nəfər həyatını itirib, onlarla mülki vətəndaş isə yaralanıb. Avizərbələr nəticəsində mülki vətəndaşlara məxsus obyektlərin dağıdıldığı bildirilir.  

Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. 2 milyondan artıq yəmənli məcburi köçkün vəziyyətindədir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.  

http://eastnews.org/news/20028#prettyPhoto

Teqlər: iqna ، yəmən ، səudiyyə ، hava hücumu
captcha