İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin 3-cü günü, 3 yanvar 2018-ci il, Nigeriyanın şimal- şərqində yerləşən Qamburu şəhərinin məscidlərindən birinə intiharçı terrorist hücumu edilib. Hadisədə ən azı on dörd nəfər ölüb.
Nigeriyanın şimal- şərqində yerləşən Burinu əyalətinin Qamburu şəhərininin məscidinə edilən terror hücumunda məscid tam yararsız hala düşüb və ən azı 14 nəfər həyatını itirib.
Bu məscidin xuddamlarından birinin dediyinə görə, Sübh namaz vaxtı baş verən hadisədən təkcə məscidin azançısı salamat qutara bilib və hələ çoxlu insanın cəsədi məscidin dağılmış divarları altında qalıb.
Hadisənin şahidləri deyirlər ki, camaat məscidə Sübh namazını qılarkən intihrçı terrorist namazqılanların arasına soxularaq özünə bağladığı partlayış kəmərini işə salıb.
Nigeriyanın Kameron ilə sərhəd şəhərində baş verən bu terror hadisənin məsuliyyətini hələ heç bir terrorist qrup öz üzərinə götürməyib.