İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İranlı hüsnxətt və miniatür ustası və incəsənətçisi xanım Nərgiz Heydərinin əl işlərinin və əsərlərinin sərgisi bu günlərdə Omanın paytaxtı Məsqətdə keçirilir.
İranlı hüsnxətt və miniatür ustası və incəsənətçisi xanım Nərgiz Heydərinin əl işlərinin və əsərlərinin sərgisi Omanın paytaxtı Məsqətin "Vizual İncəsənət Birliyi"ndə keçirilir və cari ilin Yanvar ayının ortalarınadək 10 gün müddətində davam edəcəkdir.
Omanın paytaxtı Məsqətdə yaşayan iranlı hüsnxətt və miniatür ustası və incəsənətçisi xanım Nərgiz Heydəri bu sərgidə özünün İslami hünsxətt, rəssamlıq, miniatürçülük və "təzhib"də (qızıl ilə işləmə) yaratdığı 45 şəxsi əsəri və əl işini nümayişə qoymuşdur.
Bu sərgi Omanın paytaxtı Məsqətin "Vizual İncəsənət Birliyi"nin 2018-ci ildə ilk işidir.
Sərginin keçirilməsinin əsas hədəfi dünya incəsənət ustalarının təcrübələrindən faydalanmaq, bu təcrübələrin ölkələr arasında bir birinə ötürülməsi və mədəni əlaqələrin dərinləşməsi və genişləndirilməsidir.
İranlı hüsnxətt və miniatür ustası və incəsənətçisi xanım Nərgiz Heydərinin əl işlərinin və əsərlərinin sərgisinin açılış mərasimi İranın Omandakı səlahiyyətli səfiri Höccətul- İslam vəl- müslimin Nuri Şahrudi və İranın Omandakı mədəni əlaqələr idarəsinin məsulu Bəhmən Əkbərinin iştirakı ilə keçirilib.
http://iqna.ir/fa/news/3679965