İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "əl-Əhd" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, təkfirçi və terrorist vəhabilərin dövləti Səudiyyə Ərəbistanının paytaxtı Riyazda şahzadələr arasında çaxnaşma yaranıb. Belə ki, xəbər agentlikləri Səudiyyə Ərəbistanın paytaxtı Riyazda şahzadələr arasında silahlı qarşıdurma baş verdiyini və bu qarşıdurmada üç şahzadənin öldüyünü yazırlar.
Silahlı insident Riyazın Hair həbsxanasında həbsdə olan şahzadələr arasında baş verib. Silahlı qarşıdurma nəticəsində 3 səudiyyəli şahzadə və 7 nəfər həbsxana mühafizi öldürülüb.
Bu xəbərə görə, Riyazın bir neçə prospektində gediş- gəliş dayandırılıb. Şəhər səthində daxili qoşunların xüsusi təyinatlıları və təhlükəsizlik qüvvələri nəzarəti gücləndirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın dövlətdən narazı əmirləri və şahzadələrinin 11 nəfəri keçən həftənin şənbə günü həbs edilmişdi. Bu şahzadələr yeni iqtisadi məsələlərlə bağlı Riyazda şahlıq sarayının qarşısında etiraz aksiyası keçirmişdilər.
http://iqna.ir/fa/news/3680255