Rohinciya müsəlmanları üçün smart vəsiqələrin verilməsi üçün kampaniya Malayziyada başlayıb və bu layihə üçün “www.rohingyaproject.com” saytı fəaliyyət göstərir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrində yaşayan Rohinciyalı müsəlman qaçqınların əsas xidmətlərdən o cümlədən bank, təhsil və digər xidmətlərdən istifadəsini asanlaşdırmaq üçün onlara smart vəsiqələr veriləcək.