İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sahartv"-yə istinadla verdiyi xəbərə görə, İranın mədəni irs, əl işləri sənayesi və turizm təşkilatı rəhbərinin investisiya və layihələşdirmə üzrə müavini EKO-nun 10 ölkəsi ilə turizm sahəsində anlaşma sənədinin imzalanmasından xəbər verib.
Səid Ohədi İrana gələn turistlərin 70-80 faizinin EKO-ya üzv olan 10 ölkədən olduğunu bildirərək deyib: 2018-ci ildə Təbrizin islam dünyasının mədəniyyət paytaxtı və Həmədanın Asiyia Dialoqu Asambleyasının keçiriləcəyi şəhər elan edilməsi İranın turizm sənayesinə və xarici turist cəzb etməsinə öz töhfəsini verəcəkdir.
UNESCO tərəfindən qeydə alınmış 22 ümumbəşəri, milli səviyyədə 34 min abidə və bir milyon tarixi və mədəni ekspanatla iran turizm sahəsində zəngin potensiala malikdir.