İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Cümə günü, 26 Yanvar 2018-ci il, müxtəlif ölkələrin müsəlman alimlərinin iştirakı ilə Malaziyada başlayan üç günlük Qüds toplantısı dünən, həftənin birinci günü, 29 Yanvar 2018-ci il, müsəlman alimləri birliyi tərəfindən qəbul edilən qətnamənin qiraəti ilə başa çatdı.
Malaziyanın “Bernama” xəbər agentliyinin yayımladığı xəbərdə deyilir ki, müsəlman alimlərinin Malaziyada keçirdiyi üç günlük Qüds toplantısının qəbul etdiyi qətnamənin 14-cü bəndinə əsasən işğalçı sionist rejimi ilə hər bir əlaqə, o cümlədən, iqtisadi və diplomatik əlaqələrin kəsilməsi zəruridir və bu əlaqələrin kəsilməsi Qüdsün və Fələstin azad olunacağı günə qədər sionist rejiminə təzyiq göstərmək üçün davam etməlidir.
Malaziyada Putracaya şəhərində 30 müxtəlif ölkənin İslam alimlərinin iştirakı ilə keçirilən Qüds toplantısında qəbul olunan qətnaməni 100-dən çox alim imzalayıb.
Qüds toplantısında iştirak edən alimlər qeyd ediblər ki, bu toplantının keçirilməsinə səbəb bəzi Ərəb ölkələrinin sionist rejimi ilə əlaqələrinin sadələşdirilməsinə və İsrailin səfirlərinin ölkələrində rəsmiləşdirilməsinə etiraz olaraq keçirilib.
Toplantının keçirilməsi məsullarından olan Xeyruddin Aman mətbuat konfransında deyib: Fələstin azad olunacaya qədər bütün siyasi, ticari, iqtisadi, təhsili və s… əlaqələr İsrail rejimi ilə kəsilməlidir. Bunu bütün müsəlman ölkələri etməlidir, təkcə bir ölkənin bu işi görməsinin təsiri olmayacaqdır.
Qətnamədə təkid edilir ki, Qüds və Fələstin məsələsi İslami ölkələrin təhsil ocaqlarının dərslik kitablarına da salınsın.
Müsəlman alimləri toplantısı 2018-ci ili Fələstinin azadlığa qovuşması ümidi ilə və bu yolda daha çox fəaliyyətlər həyata keçirilməsi üçün “QÜDS İLİ” elan ediblər.
Qətnamənin mətni İslami ölkələrin başçılarına göndərilmək üçün Malaziyanı baş naziri Nəcib Rəzzaqa təqdim edilib.