IQNA

İƏT Dakkanı İslami turizm şəhəri elan etdi

15:09 - February 05, 2018
Xəbər sayı: 3482734
İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin iştirakı ilə keçirilən konfransda Banqladeşin paytaxtı Dakkaya 2018-ci ildə İslami turizm şəhəri adı verilməsi təşəbbüsü irəli sürülüb.

İƏT Dakkanı İslami turizm şəhəri elan etdiİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin iştirakı ilə keçirilən konfransda Banqladeşin paytaxtı Dakkaya 2018-ci ildə İslami turizm şəhəri adı verilməsi təşəbbüsü irəli sürülüb.

Banqladeşin aviasiya və turizm naziri Şahcahan Kamal bu xəbəri elan edərək dedi: İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin iştirakı ilə konfrans keçiriləcək. Üç günlük konfrans bu gün, həftənin birinci günü, 5 Fevral 2018-ci il, öz işinə başlayacaq və üç gün davam edəcəkdir.  

Şahcahan Kamal əlavə etdi: Sabah, cari həftənin ikinci günü, 6 Fevral 2018-ci il, Banqladeşin baş naziri Şeyx Həsinə rəsmi şəkildə konfransı açıq elan edəcək.

Bu il keçiriləcək konfransın hədəfi Banqladeşin İslam Mədəniyyəti İrsini dünya və İslam ölkələrinə tanıtmaqdır.

Banqladeşin paytaxtı Dakka şəhəri cənubi Asiyanın ən mühüm şəhərlərindən biridir və “məscidlər şəhəri” adı ilə məşhurdur.

Dakka şəhəri həm də “Rikşa” (ikitəkərli araba) paytaxtı adlandırırlar. Çünki gün ərzində şəhər səthində sərnişinlərin daşınması üçün 500 min ikitəkərli arabalardan istifadə edilir.      

http://iqna.ir/fa/news/3688422

Teqlər: iqna ، banqladeş ، dakka ، iət
captcha