IQNA

Yeni Zelandiyanın Kraysçörç sərgisində hədiyyə Quranlar veriləcək

11:30 - February 12, 2018
Xəbər sayı: 3482774
Yeni Zelandiyanın “Canterbury” əyalətinin mərkəzi olan Kraysçörç şəhərində ilk dəfə olaraq Qurani- Kərimin müxtəlif dillərə tərcümələrinin sərgisi keçiriləcək və ziyarətçilərə Quran hədiyyə ediləcək

Yeni Zelandiyanın Kraysçörç sərgisində hədiyyə Quranlar veriləcəkİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyanın “Canterbury” əyalətinin mərkəzi olan Kraysçörç şəhərində ilk dəfə olaraq Qurani- Kərimin müxtəlif dillərə tərcümələrinin sərgisi keçiriləcək.

Bu sərgini ziyarət edib baxış keçirənlərə isə Quran- Kərim nüsxələri hədiyyə ediləcək.

Yeni Zelandiyanın Qurani- Kərim sərgisi cari həftənin şənbə günü, Fevral ayının 17-də, yerli vaxtla səhər saat 10:30-dan başlayaraq günün ikinci yarısında da davam edəcək və saat 16:00 işini yukunlaşdıracaqdır.

Sərginin keçirilməsinin əsas hədəfi İslam dini və müsəlmanlar barədə cəmiyyətdə formalaşmış yanlış təsəvvürləri aradan aparmaqdır.

Bu sərgidə Qurani- Kərimin dünyanın 45 müxtəlif dillərinə tərcüməsi, o cülmlədən də Maori dilinə (Maorilər Polineziya kökənli Yeni Zelandiya əhalisidir) tərcüməsi nümayiş olunacaqdır.

Yeni Zelandiyalı 28 yaşlı camaat imamı Müstənsir Qəmər indiyədək bu ölkədə dəfələrlə İslami sərgilər təşkil etmişdir. Bu dəfə isə ilk dəfə olaraq sərgini Qurani- Kərimin tərcümələri mövzusu ilə ölkənin cənubi adalarında keçiricəkdir.

Müstənsir Qəmər üç il öncə İngiltərədən Yeni Zelandiyaya gəlib və “Zelandiyada həqiqi İslam” qrupunun üzvüdür. Onlar bütün Zelandiyada İslam təlimləri kampaniyasını təsis ediblər.

O, cari həftədə keçiriləcək bu sərgi barədə danışarkən dedi: “Zelandiyada həqiqi İslam” qrupunun üzvlərindən biri Maori dilini öyrənmək üçün 20 il vaxt xərclədi ki, Qurani- Kərimi bu dilə tərcümə etsin. 3

“Zelandiyada həqiqi İslam” qrupunun üzvü əlavə edib: Sərgiyə gələnlərin hamısına bir cild Qurani- Kərim hədiyyə ediləcəkdir.

Sərginin haşiyəsində İslamın həqiqi maarifini bəyan etmək üçün yarım saatlıq seminar təşkil ediləcəkdir və seminarda İslamda “cihad”ın həqiqi məfhumu aşılanacaq və bu “cihad”ın radikalizm və terrorizmlə əlaqəsinin olmaması və terroristlərin əməllərinin qeyri- İslami olması insanlara çatdırılacaqdır.

http://iqna.ir/fa/news/3690748

Teqlər: iqna ، quran ، sərgi ، zelandiya
captcha