IQNA

Yəməndə məscid imamını terror etdilər

7:55 - March 03, 2018
Xəbər sayı: 3482850
Tərim şəhərinin “Əl-Mühzar” məscidinin camaat imamı Əllamə Eydrus ibn Sümeyt dünən, həftənin Cümə günü, 2 Mart 2018-ci il, silahlı terroristlər tərəfindən güllə ilə vurularaq terror edildi.

Yəməndə məscid imamını terror etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “yəmənxəbər” informasiya portalına istinadla verdiyi xəbərə görə, Yəmənin Həzərmut əyalətinin Tərim şəhərinin “Əl-Mühzar” məscidinin camaat imamı Əllamə Eydrus ibn Sümeyt dünən, həftənin Cümə günü, 2 Mart 2018-ci il, silahlı terroristlər tərəfindən güllə ilə vurularaq terror edildi.

Yerli xəbər qaynaqları bu barədə deyir: Silahlı terrorçular Yəmənin Həzərmut əyalətinin Tərim şəhərinin “Əl-Mühzar” məscidinin camaat imamı Əllamə Eydrus ibn Sümeytin evinə hücum edərək onu öz şəxsi mənzilində Zöhr namazı qıldığı halda qətlə yetiriblər.

Şahidlərin dediyinə görə, silahlı şəxslər Əllamə Seyyid Həbib Eydrus ibn Sümeytə güllə açaraq onu öldürmüş və naməlum istiqamətdə qaçmışlar.

Əllamə Seyyid Həbib Eydrus ibn Sümeyt Yəmənin Həzərmut əyalətinin Tərim şəhərinin tanınmış və nüfuzlu ruhanilərindən biri idi. O, radikalizm və terrorizm əleyhinə mübarizəsi ilə tanınırdı.  

http://iqna.ir/fa/news/3696046  

Teqlər: iqna ، yəmən ، camaat imamı ، terror
captcha