İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son əsrdə, xüsusi ilə də son illərdə İslam dünyasında Qurani-Kərimin akademik təlimi və Quran elmləri və Quran maarifinə istinad edilərək aparılan tədqiqatlar xüsusi əhəmiyyət daşıyır.
Buna görə də İslam dünyasının bir çox mühüm elm və təhsil ocaqlarında Quran elmi və maarifi sahəsində ixtisaslaşdırılmış müəssisə, institut və fakültələr təsis edilmişdir.
Bu yazıda dünyanın bir sıra mühüm Quran elmləri müəssisələri ilə sizi tanış edəcəyik.
1). Sudanın Quran universiteti: 1990-cı Sudanın Xortum əyalətinin Ümmü-Dərman şəhərində təsis edilmişdir. Sudanın müxtəlif şəhərlərində 20 filialı vardır.

2). Misirin Tənta şəhərinin Quran institutu: 1991-ci ildə Misrin Qərbiyyə əyalətinin Tənta şəhərində təsis edilmişdir. Əl-Əzhərin nəzdində və nəzarəti altında fəaliyyət göstərir.

3). Yəmənin Quran və Adademik emlər universiteti: 1994-cü ildə təsis edilmişdir. 9 min cildlik kitabxanası olan bu universitetinin 4 şöbəsi vardır: Səna, Məkla, Siyun, Ədən.

4). Mədinə İslam universitetinin Quran institute: 1974-cü ildə təsis edilmişdir.

5). İraqın Babul şəhərində “Quran araşdırmaları institute: 2008-ci ildə təsis edilmişdir.

6). İordaniyanın “Usulud-Din” universitetinin Quran araşdırmaları institutu: 2014-cü ildə Oman şəhərində təsis edilmişdir.

7). Liviyanın Abdussalam Əsmər adına “Əsməriyyə İslam Elmləri universiteti”: 1994-cü ildə təsis edilmişdir.

8). Qətərin İlahiyyat və İslami araşdırmalar institute: 1993-cü ildə təsis edilmişdir.

9). Tunisin Zeytuniyyə universitetinin nəzdində fəaliyyət göstərən “Usulud-Din Təlim Mərkəzi”.

10). Malaziya Beynəlxalq İslam Elmləri Akademiyası (IIUM): 1983-cü ildə təsis edilmişdir. Hazırda dünyanın 117 ölkəsindən 30 min tələbəsi vardır. Rəsmi dili İngilis dilidir.

11). Qəzzə İslam Universiteti: 1978-ci ildə təsis edilmişdir.

12). Livanın “Quran irşadı və hidayəti birliyi”: Şiələrin Quran cəmiyyətidir ki, 1408-ci hicri-qəməri ilində (40 il öncə) təsis edilmişdir. Pulsuz Quran təlimləri kursları təşkil edir.

13). İran İslam Respublikasının bütün dini universitet, institut və dini elmi hövzələrində Quran elmləri fakültəsi vardır. Bundan əlavə Məşhəd, Təbriz, Şiraz, İsfahan, Tehran və Qum kimi böyük şəhərlərdə müstəqil Quran elmləri universiteti və institutları mövcuddur.

Qum Ali Dini Elmi Hövzəsinin nəzdində fəaliyyət göstərən əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyasının tərkibində Quran Elmləri institutu fəaliyyət göstərir ki, həmin institutda müxtəlif ölkələr xarici tələbələr təhsil alırlar.
