İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Vəqflər Nazirliyinin təşəbbüsü ilə keçirilən 25-ci beynəlxalq Quran yarışları cari həftənin Cüməaxşamı günü, 29 Mart 2018-ci il, başa çatıb.
Yarışlardan sonra dünyanın müxtəlif ölkələrindən olan qonaqlar və yarış iştirakçıları Misrin dini, tarixi və təbii yerlərini gəziblər.
Quran yarışlarında iştirak edənlər Misr ehramları və qədim Əmr ibn As məscidində olublar.
Qeyd edək ki, Misrin Vəqflər Nazirliyinin təşəbbüsü ilə keçirilən 25-ci beynəlxalq Quran yarışlarında dünyanın 50 ölkəsi iştirak edib.
http://iqna.ir/fa/news/3702238