IQNA

Özbəkistanda Quran almaq üçün izdiham yarandı

15:49 - April 02, 2018
Xəbər sayı: 3482972
Öbəkistanın paytaxtı Daşkənddə vətəndaşlar Quran almaq üçün kitab mağazasının qarşısında izdiham yaradıblar.

Özbəkistanda Quran almaq üçün izdiham yarandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xbərə görə, Öbəkistanın paytaxtı Daşkənddə vətəndaşlar Quran almaq üçün kitab mağazasının qarşısında izdiham yaradıblar.

İzdihamın səbəbi Özbəkistanda ilk dəfə çapdan çıxan Qurani-Kərim nüsxəsini almaq həvəsi olub.

Bu barədə Özbəkistanın “azadlıq” radiosu məlumat yayaraq deyib ki, keçən həftənin şənbə günü, 31 Mart 2018-ci il, öbzəklər kitab mağazasının qarşısında bu ölkədə ilk dəfə çapdan çıxan Qurani-Kərim nüsxəsini almaq üçün izdiham yaradıblar.

Bu Quran nüsxəsi Öbəzkistan müstəqil respublika olandan bəri ilk Özbək çapıdır.

Xəbərdə deyilir ki, ilk Özbək çapı olan Quran nüsxəsindən yarım saatda ərzində 250 ədəd satılıb. Satılan hər cild Quranın qiyməti 3.75 dollar olub.

Bu Quran nüsxəsi Misrin “Darus-Salam” çap və nəşr müəssisəsinin rəsmi icazəsi ilə və Öbzəkistanın “Hilul” nəşriyyatı tərəfindən çap edilib.   

http://iqna.ir/fa/news/3702543

captcha