IQNA

Bolqarıstan İran yarışlarına qatılacaq nümayəndələrini təqdim edib

9:05 - April 07, 2018
Xəbər sayı: 3482995
Bolqarıstan öz nümayəndələrinin adlarını İran İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərim yarışlarında iştirak etmək üçün İİR-nın Vəflər və Xeyriyyə İşləri Təşkilatına təqdim edib.

Bolqarıstan İran yarışlarına qatılacaq nümayəndələrini təqdim edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bolqarıstan öz nümayəndələrinin adlarını İran İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərim yarışlarında iştirak etmək üçün İİR-nın Vəflər və Xeyriyyə İşləri Təşkilatına təqdim edib.

Bu barədə İran İslam Respublikasının Bolqarıstan respublikasındakı Mədəniyyət İşlər İdarəsi məlumat verib. Bu məlumata görə, Bolqarıstanın müftilər idarəsi bu ölkənin dini elm tələbələrindən  iki nəfərini, Çingiz Əliyev və Məhəmməd Hacını, Qurani-Kərimin qiraəti və hifzi üzrə yarışlarına göndərəcək.

Qeyd edək ki, İran İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərim yarışları, görmə qüsuru olanlar üçün 3-cü beynəlxalq Quran yarışları, dini tələbələrin 2-ci beynəlxalq Quran yarışları və Qurani-Kərim araşdırmaları toplantısı cari ilin Aprel ayının 19-dan 26-dək Tehranda keçiriləcəkdir.

Bu yarışların haşiyəsində Quran və Mədəniyyət sərgisi də keçiriləcəkdir ki, bu sərgidə Quran və İslam mədəniyyəti ilə bağlı mədəniyyət məhsulları nümayiş olunacaqdır.   

http://iqna.ir/fa/news/3703232

Teqlər: iqna ، quran ، hifz ، qiraət ، yarış ، beynəlxalq
captcha