IQNA

İsveçdə İslami memarlıq nümunələri sərgisi

23:18 - April 08, 2018
Xəbər sayı: 3482999
İran İslam Respublikasının İsveçdəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə bu ölkədə İslami memarlıq nümunələrindən gözəl mənzərələr sərgisi keçirilib.

İsveçdə İslami memarlıq nümunələri sərgisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İsveçdəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə bu ölkədə İslami memarlıq nümunələrindən gözəl mənzərələr sərgisi keçirilib.

İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının verdiyi xəbərə görə, hər il İsveçin Qudsunday əyalətinin Upsala şəhərində müxtəlif ölkələrin mədəniyyət nümayəndələri və vətəndaşları yemək festivalında bir yerə toplaşırlar və özlərinin milli və yerli yeməklərindən bişirirərək öz tarixi və milli mədəniyyətə və adətlərini tanıtdırırlar.

İran İslam Respublikasının İsveçdəki Mədəniyyət Əlaqələri İdarəsi bu festivalda aktiv iştirak edərək İranın milli yemək mədəniyyətini təqdim edib.

Bu festivalın haşiyəsində əl sənayesi, məscidlər, kilsələr və tarixi məkanlar barədə İslami memarlığın gözəlliyini səgiləyən tablolar və incəsənət əsərləri nümayiş edilib.

http://iqna.ir/fa/news/3703708

captcha