IQNA

Qibtilərin kilsəsi Qüdsə səfər etməyi qadğan etdi

23:37 - April 08, 2018
Xəbər sayı: 3483000
Misrdə yaşayan xristian Qibtilərin (ortodoks mərsihlər) kilsəsi sionist yəhudilər tərəfindən işğal edilmiş Qüdsə səfər etməyi qadğan etdi.

Qibtilərin kilsəsi Qüdsə səfər etməyi qadğan etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrdə yaşayan xristian Qibtilərin (ortodoks mərsihlər) kilsəsi sionist yəhudilər tərəfindən işğal edilmiş Qüdsə səfər etməyi qadğan etdi.

Bu kilsə işğalçı İsrail rejimi ilə hər cür əlaqənin yaradılmasını və həmçinin məsihilərin Qüds şəhərinə dini səfərlərini haram elan edib.

Pules Həlim (Misr Qibtilər kilsəsinin rəsmi sözçüsü) bu barədə dedi: Misrin Qibtilər kilsəsi Papa 2-ci Tuazerusun sədirliyi ilə keçirilən Ali Şuranın iclasında qərar aldı ki, Qüdsə dini səfərlər bu kilsəyə tabe olan bütün məsihilərə Qüds azad oluncaya və müsəlmanlar bu şəhərə girəncəyə qədər qadağan edilsin.

Misr Qibtilər kilsəsinin rəsmi sözçüsü əlavə etdi: Qüds işğalçı İsrail rejiminin işğalında olduğu müddətdə məsihilərin "Pasxa bayramı" üçün bu şəhərə getməyi qadağandır.

Qeyd edək ki, Misrin Qibti kilsəsi bu hökmü məsihilərin Aprel ayının səkkizi üçün (bu gün, həftənin bazar günü) "pasxa bayramı"nı Qüdsdə keçirməyə hazırlaşdıqlarından bir gün öncə verib. 

http://iqna.ir/fa/news/3703679

Teqlər: iqna ، qibti ، məsihi ، qüds ، pasxa bayramı
captcha